Slimfit
  1. TÜRKİYƏ

Türkiyənin ən xoşbəxt şəhəri

Türkiyənin ən xoşbəxt şəhəri
Sakura

Türkiyənin ən xoşbəxt şəhəri

Sinop Türkiyənin ən xoşbəxt şəhəridir

Ens.az xəbər verir ki, Sinop Qara dəniz sahilində yerləşən bir şəhərdir. Türkiyənin mavi dənizlə yaşıl meşələrin birləşdiyi əsrarəngiz regionlarından biridir.

Sinopun əsası  e.ə. 7-ci əsrdə ticarət koloniyası kimi qoyulmuşdur. Bir versiyaya görə onun adı mifologiyaya aiddir və Asoposun qızı olan Sinope adı və su nimfasından götürülüb.

Həmçinin belə bir versiya var ki, şəhərin adı assur mənşəlidir və Ay ilahəsi Sin ilə bağlıdır.

Arxeoloji qazıntılar belə bir faktı göstərir ki, Sinop mahalı və onun ətrafı qədim dövrlərdən sıx məskunlaşmış ərazi olub.

Bu rayonun üstünlüyü coğrafi mövqeyi, təbii buxtasının olması və küləkdən qorunması olmuşdur. Makedoniyalı İsgəndərin dövründə şəhər inkişaf etdi, elmə və mədəniyyətə böyük əhəmiyyət verən filosoflar onu öz himayəsinə götürdülər.

Sonra o, Romanın nəzarətinə keçdi, daha sonra isə Bizans İmperiyasının, 11-ci əsrdə isə Osmanlı torpaqlarının bir hissəsi oldu.

Hamsilos körfəzi özünün təbii gözəlliyinə görə Sinopun nadir görməli yerlərindən biridir. O, Türkiyənin ən şimal nöqtəsində yerləşir. Keçmişdə hərbi gəmilərin fırtınalardan gizləndiyi və indi balıqçı gəmilərin havanın dəyişməsini gözlədiyi körfəzin ancaq bir analoqu var - o da Norveçdə yerləşir.

Adları coğrafi xüsusiyyətləri əks etdirən "Sarukum” (Sarı qum) və “Karakum”, həmçinin Akliman körfəzləri xüsusilə dəniz turizmini sevənlər üçün böyük maraq doğurur, çünki burada meşə sahilə yaxındır.

Erfelek şəlaləsi müxtəlif ölçülü 28 şəlalədən ibarətdir. Bura əsl gəzməyi sevənlər üçündür. Burada üzərində su dəyirmanının yerləşdiyi piyada yolu var.

28 pillədən ibarət şəlaləyə qalxıb gözəl mənzərədən həzz alarkən siz türk kofesi içə bilərsiniz.

E.ə. 7-ci əsrə aid olan Sinop qəsri, həmçinin Boyabat qalası bu regionun tarixi keçmişinin əsrarəngiz şahididir.

Türkiyənin ən şimal nöqtəsində yerləşən İncəburun mayakı gözəl mənzərəyə baxmaqla yanaşı 19-cu əsrdən başlayaraq gəmilərə yol göstərir.

Mahalda yerləşən Bazalt qayalıqları yerli və xarici turistlərin ziyarət etdiyi sevimli yerlərdir. Özünün nadir gözəlliyi sayəsində bu rayon təbii qoruq elan olunmuşdur.

Sinopun ən vacib tarixi görməli yerlərindən biri Sinop həbsxanasıdır. Yüz illər əvvəl o, qala qismində inşa olunmuş, son illər tikili dəyişikliklərə uğramış, bərpa olunmuş, ona yeni hissələr əlavə olunmuşdur. Daxili həyət, müdafiə divarları və istehkamlardan ibarət olan bu tikili müəyyən dövrdə tərsanə qismində istifadə edilirdi, sonra isə həbsxanaya çevrilmişdir. Hazırda bu binada muzey yerləşir.

Sinopa gəldikdə Ağgöl gölü, İnaltı mağarası, Arxeologiya muzeyini mütləq ziyarət edin.

Sinop Makedoniyalı İsgəndərin “Nə istədiyini soruş” sözünə aşağıdakı kimi cavab verən məşhur filosof Diogenin də doğulduğu yerdir: “Çəkil, sən günəşin qarşısını kəsirsən”.

Maraqlıdır ki, Sinopda türk Statkomu tərəfindən 3 il ərzində aparılan bir araşdırma nəticələrində aydın olub ki, sinoplular Türkiyənin ən xoşbəxt vətəndaşlarıdır. Siz buna əmin olmaq və buradakı təbii və tarixi gözəllikləri görmək istəyirsinizsə, o zaman Sinopu mütləq ziyarət edin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR