Dərc edildi: Baxış sayı: 290
Türkiyənin əməliyyatına Trampdan reaksiya
ABŞ Prezidenti Donald Tramp Türkiyənin Suriyaya yönəlik hərbi əməliyyatı ilə bağlı növbəti dəfə açıqlama verib.
Axar.az xəbər verir ki, Tramp Türkiyənin əməliyyatını dəstəkləmədiyini bəyan edib.
Tramp qeyd edib ki, Türkiyənin bu əməliyyatı pis fikirdir:
"Türkiyənin "Sülh çeşməsi" (Barış Pınarı) əməliyyatını dəstəkləmirəm, bölgədə heç bir ABŞ əsgəri yoxdur. Siyasətə gəldiyim ilk gündən bu sonu gəlməz və mənasız müharibələri davam etdirmək istəmədiyimi bildirdim, xüsusilə də bizim yararımıza olmayan əməliyyatları. Türkiyə mülki vətənaşları, xristianları və dini azlıqları qoruyacağını və hər hansı humanitar böhranın yaşanmayacağını vurğuladı".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət