Slimfit
  1. SİYASƏT

"Türkiyənin Cənubi Qafqazda güclənməsi İranı narahat edir" - Partiya sədri

"Türkiyənin Cənubi Qafqazda güclənməsi İranı narahat edir" - Partiya sədri
Sakura

"Türkiyənin Cənubi Qafqazda güclənməsi İranı narahat edir" - Partiya sədri

Xəbər verdiyimiz kimi, aprelin 5-də İran parlamentinin 210 deputatı bəyanat qəbul edərək İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyib.

Bəyanatda deyilir ki, Azərbaycan hökuməti İslam dünyasının maraqlarına zidd olan ağlasığmaz bir hərəkətlə İsraildə səfirliyini açıb, öz səfirini saxta rejimə təqdim edərək islam dünyasının maraqlarına zidd hərəkət edir.

Həmçinin qeyd olunub ki, "Azərbaycan hökumətinin bu addımı bir çox mənfi siyasi nəticələrə səbəb olacaq və dünya müsəlmanları onları fələstinliləri öldürən və əziyyət edən sionist rejimin ortaqları kimi baxacaqlar".

Molla rejiminin deputatları ərəb və islam ölkələri hökumətlərini, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın İsraildə səfirlik açmasını pisləməyə də çağırıb.

Ens.Az-ın məlumatına əsasən,mövzu bağlı Redaktor.az-a danışan Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirdi ki, Azərbaycanın müstəqilliyini istəməyənlərdən biri İran dövlətidir, çünki bunu özü üçün təhlükə hesab edir.

Onun sözlərinə görə, İran hesab edir ki, İrandakı azərbaycanlılar üçün müstəqil, inkişaf etmiş, dünyada nüfuzu olan Azərbaycan pis nümunə ola bilər:

"Ona görə Azərbaycan müstəqillik qazandıqdan sonra İran əlindən gələni etdi ki, Azərbaycanı öz təsiri altına salsın, Azərbaycanda özünün istədiyi müəyyən məsələləri təmin edə bilsin. Ən əsası da din sahəsində monopoliyanı əlinə keçirsin. Uzun illər Azərbaycan İranla münasibətləri qorumaq üçün hər cür güzəştə getdi. Elə ilk növbədə İranla münasibətləri qorumaq xatirinə İsraildə səfirliyin açılması bu qədər ləngidi. 2023-cü ildə biz İsraildə səfirliyimizi açdıq və buna da İran parlamenti bu cür beynəlxalq hüquqa zidd olan bir münasibət bildirdi. Biz, İran Ermənistanda səfirlik açanda ona münasibət bildirmədik, etiraz etmədik. Qafanda konsulluq açanda da heç etiraz etmədik. Ancaq İran hesab edir ki, Azərbaycanın daxili işlərinə qarışa bilər və İran parlamenti bu cür bəyanatlar verə bilər".

Siyasətçi qeyd etdi ki, bu gün İranı təkcə Azərbaycanın İsraillə münasibətləri narahat etmir.

"İranı bütövlükdə Azərbaycanın müstəqil siyasəti qane etmir. Azərbaycanın güclənməsi qane etmir. Azərbaycanın bölgədə söz sahibi olması qane etmir. Türkiyənin Cənubi Qafqazda güclənməsi İranı narahat edir və çox təəssüf ki, İran bu cür qeyri-konstruktiv mövqe tutmaqla münasibətlərimizə də ciddi zərbə vurur. Ümid edək ki, reallıqları gec-tez İran dövləti də dərk eliyəcək və anlayacaq ki, Azərbaycanla münasibətlərin normallaşması İran dövlətinin maraqlarına xidmət edir. Azərbaycan da həmişə bunun üçün əlindən gələni edib. İndi münasibətlərin pozulmasında həlledici rol oynayan İran əlindən gələni etməlidir ki, münasibətlərimiz heç olmasa əvvəlki səviyyəsinə qayıda bilsin", - deyə A.Səmədov bildirdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR