1. GÜNDƏM

Türkiyənin bu kəndi bayrağımızla bəzədildi - Foto

Türkiyənin bu kəndi bayrağımızla bəzədildi - Foto

Türkiyənin bu kəndi bayrağımızla bəzədildi - Foto

Türkiyənin Yozqat vilayətinin İncəçayır kəndi Ordumuzun işğal altındakı torpaqlarımızı azad etməsi münasibətilə başdan başa Azərbaycan bayraqları ilə bəzədilib.

Axar.az xəbər verir ki, sakinlər kəndin məscidinə Türkiyə və Azərbaycan bayraqlarını yanaşı asıblar, habelə evlərinin balkonlarını və pəncərələrini də Azərbaycan bayraqları ilə bəzəyiblər.

Kəndin imamı Burhanəddin Türcan deyib ki, Azərbaycanın Ermənistan qarşısında qazandığı qələbəyə çox seviniblər:

"30 ildir Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqları Rəbbimə sonsuz şükürlər olsun ki, azadlığına qovuşdu. Azərbaycan xalqının güclü mübarizəsi və Türkiyə dövlətinin də yardımı ilə torpaqlar azad edildi. Təbii ki, millət olaraq biz buna çox sevindik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR