Slimfit
  1. SİYASƏT

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç: “Arzularımızda yaşayan Turan artıq reallığa çevrilir”

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç: “Arzularımızda yaşayan Turan artıq reallığa çevrilir”
Sakura

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç: “Arzularımızda yaşayan Turan artıq reallığa çevrilir”

“Türk dünyamız böyüyür, genişlənir. Mən inanıram ki, Türk dövlətlərinin birliyi Avropa İttifaqına daxil olan ölkələrin birliyindən daha möhkəm bağlara söykənir və bu əlaqəilərin kökü o qədər dərindir ki, heç bir qüvvə bu birliyi sarsıda bilməz”.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, türk diplomat Hulusi Kılıç Hurriyyet.org-a açıqlamasında Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının Bakıda keçiriləcək 7-ci Zirvə toplantısını dəyərləndirərkən bu fikirləri bildirib.

Türk dünyası ilə bağlı tədbirlərdə Azərbaycanı ən əhəmiyyətli yer hesab edtiyini bildirən diplomat 2009-cu ildə Türk Şurası Azərbaycanda qurularkən Türkiyənin Azərbaycandakı səfiri olduğunu xatırladıb: “O zaman türk dünyası üçün yazılan o ən şərəfli tarixlərdən birinə şahidlik etməyimlə qürur duyuram. Mən hər zaman əminliklə deyirəm ki, Bakı Türk dünyasının coğrafi, kültür mərkəzidir.

İlk dil qurumu Bakıda qurulub, ilk demokratik dövlət 28 may 1918-c ildə Bakıda yaradılıb.
Türk Şurası 3 oktyabr 2009-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında təsis olunub. Türkdilli dövlətlərin Parlament Assambleyasının baş katibliyi Bakıda yelrləşir. Türk Şurasına bağlı olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da Azərbaycanda yaradılıb.

Önümüzdəki həftə də Türk Şurasına üzv dövlətlərin başçılarının Bakıda 7-ci zirvə toplantısı keçiriləcək. Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının 10 illiyi 3 oktyabrda qeyd edildi. Mən əminəm ki, növbəti 10 illiyə qədəm qoyan Türk Şurası yeni bir inteqrasiya mərhələsinə keçir və növbəti 10 illikdə türkdilli ölkələrin əməkdaşlığı daha da doğmalaşacaq, üzv dövlətlərin sayı daha da artacaq.

Onu da qeyd edim ki, Türk Şurasıa üzv ölkələr arasındakı əlaqələr TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Kültür və Miras Vəqfi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk İş Şurası və Türk Şurası Ortaq Ticarət və Sənaye Palatası vasitəsilə daha da genişlənməkdədir”.

Özbəkistanın Türk Şurasına qoşulmasını, Macarıstanda Türk Şurasının Avropa nümayəndəliyinin açılmasını, Özbəkistanda Türk Şurasına üzv dövlətlərin iş adamlarının Forumunun keçirilməsini türk dünyası üçün önəmli bir addım olduğunu deyən diplomat Avropa Birliyi modeldə Türk Birliyinin yaradılmasına çox zaman qalmadığına üman etdiyini bldrib: “Arzularımızda yaşayan Turan artıq reallığa çevrilir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR