Dərc edildi: Baxış sayı: 1120
Türkiyəni silkələyən proses başlaya bilər - Çağırış
Sadəcə 3-5 bələdiyyəyə deyil, HDP-nin nəzarətindəki bütün bələdiyyələrə qəyyum təyin edilməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Böyük Birlik Partiyasının (BBP) lideri Mustafa Destici deyib.
Partiya lideri bildirib ki, HPD PKK-nın siyasi qanadıdır:
“Terrorizmlə müzakirə olmaz, mübarizə olar. Müzakirənin heç bir faydası yoxdur. Silahı əlindən alıb, diz çökdürəcəksiniz. Terrorun bütün ünsürlərinə qarşı vahid mübarizə aparacaqsınız”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət