Türkiyəli nazirdən Zəngəzur açıqlaması
Azərbaycan tərəfindən Zəngəzur dəhlizinin reallaşması istiqamətində işlər sürətlə davam edir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülqədir Uraloğlu deyib.
O bildirib ki, şərq-qərb istiqamətində kommersiya potensialını artırmaq üçün Zəngəzur dəhlizini həyata keçirməyə çalışırıq:
“Azərbaycan tərəfindən bu istiqamətdə işlər sürətlə davam edir. Naxçıvan Muxtar Respublikası istiqamətində də işlər görülür. Biz də Dilucu, İğdır və Qars arasında da bu ilin sonunda və ya gələn ilin əvvəlində bu istiqamətdə işə başlamağı düşünürük”.
Nazir qeyd edib ki, dəhliz ya Ermənistandan, ya da İrandan keçməklə reallaşacaq:
“Türkiyə bu alternativləri nəzərdən keçirir”.
Qeyd edək ki, A.Uraloğlu bir müddət əvvəl Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfi ilə müzakirələrin davam etdiyini, İrəvanın razı olmadığı təqdirdə İrandan keçən alternativ yolun açılacağını bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət