Dərc edildi: Baxış sayı: 669
Türkiyəli nazir: Plastik və şüşə butulkaları təhvil verənlər pulsuz dəqiqələr alacaq
Türkiyədə ətraf mühitin qorunması məqsədilə plastik və şüşə butulkaların yığımının təşkili üçün tədbirlər görüləcək.
Trend-in məlumatına görə, bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum deyib.
Nazir bildirib ki, Türkiyə vətəndaşları şüşə və plastik butulkaları təhvil vermək üçün təşviq ediləcək:
"Plastik və şüşə butulkaları təhvil verən vətəndaşlara mobil danışıq üçün pulsuz dəqiqələr veriləcək, həmçinin onlar ictimai nəqliyyatdan istifadə edərkən güzəştlər əldə edəcəklər".
M.Kurum vurğulayıb ki, bu sistem 2021-ci ildən tətbiq ediləcək.
Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən Türkiyədə mağazalarda polietilen paketlər pulsuz verilmir. Bir paketin qiyməti 0,25 lirədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət