Slimfit
  1. SİYASƏT

Türkiyəli jurnalist: "İlham Əliyevin mövqeyi tarixi əhəmiyyətə malikdir"

Türkiyəli jurnalist: "İlham Əliyevin mövqeyi tarixi əhəmiyyətə malikdir"
Sakura

Türkiyəli jurnalist: "İlham Əliyevin mövqeyi tarixi əhəmiyyətə malikdir"

"Bu günlərdə imperializmin Türkiyəyə qarşı qurduğu cəbhənin digər türk dövləti olan Azərbaycana qarşı da qurulmasının təsadüfi olub-olmaması məni çox düşündürür".

Ens.az xəbər verirki,bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyənin “Star” qəzetinin köşə yazarı və “24 TV”nin “Moderatör Gece” verilişinin aparıcısı Ardan Zentürk bildirib. 

Onun sözlərinə görə, dünyanın siyasi arenasındakı mövqeyini "Bir millət, iki dövlət" təməli üzərində quran Azərbaycan və Türkiyənin Yunanıstan-Cənubi Kipr-Ermənistan ittifaqı ilə qarşılaşmaları faktı olduqca vacibdir: "Əslində, onların ittifaqı arxalarında imperialist qüvvələrin dayandığı böyük gücə sahib bir ittifaqdır. Fikrimcə, Türkiyə Kipr və Şərqi Aralıq dənizi məsələsində dünyanın hansı güclü ölkələri ilə üz-üzə gəlirsə, Azərbaycan da işğal altındakı torpaqlarının azad olunmasında, Dağlıq-Qarabağ məsələsinin həllində eyni dövlətlə qarşı-qarşıyadır. Deməli, 2015-ci ildə Ermənistan ilə və Cənubi Kipr arasında hərbi ittifaqa dair müqavilə bağlanıldı. Ermənistan müstəqilliyini qazandığı gündən indiyədək təcavüzkar hərbi siyasətində NATO üzvü olan Yunanıstan ordusunun açıq şəkildə dəstəyini alır. Eyni zamanda ötən ilin iyul ayında Yunanıstanın Ermənistandakı hərbi attaşesi Dimosthenis Simaiakis yunan ordusunun Ermənistana verdiyi böyük dəstəyə görə Ermənistan müdafiə naziri David Tonoyan tərəfindən “Hərbi ittifaq" medalı ilə təltif olundu".

"Şübhəsiz ki, Türkiyə və Azərbaycan Yunanıstan, Cənubi Kipr və Ermənistan xarici işlər nazirlərinin 2019-cu il iyunun 4-də Lefkoşada bir araya gəlib “Üçtərəfli hərbi ittifaq” yaratdıqlarından bəri baş verən prosesləri yaxından izləməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə narahatlığını Yunanıstanın yeni səfirinə bildirməsi tarixi əhəmiyyətə malikdir. Eyni zamanda bu mövqe iki güclü türk dövlətinin birgə mübarizəsindəki qərarlılığı ortaya qoydu. Düşünürəm ki, Türkiyə və Azərbaycan qarşılarına çıxan bütün şər qüvvələri dəf edib daha da güclənəcək", - tanınmış jurnalist deyib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR