Türkiyəli diplomatı öldürən erməninin yerini deyənə 1 milyon dollar mükafat
Avstraliyanın Yeni Cənubi Uels ştatı türkiyəli konsul və mühafizəçisini qətlə yetirən şəxs yaxud şəxslər barədə informasiyaya görə 1 milyon dollar mükafat təyin edib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin hadisə 1980-ci il dekabrın 17-də baş verib və üstündən 39 il keçməsinə baxmayaraq üstü açılmayıb.
“Canilərin tapılması üçün təyin olunan mükafat 250 min dollardan 1 milyon dollara qaldırılır. Bu tarixdə cinayətkarı yaxalamaq üçün təyin olunan ən böyük məbləğdir”- deyə rəsmi açıqlamada deyilir.
Xatırladaq ki, Türkiyənin Sindey şəhərindəki konsulu Şarık Arıyak və mühafizəçisi Engin Severin qətlinə görə ermənilərin ASALA terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət