Dərc edildi: Baxış sayı: 340
Türkiyəli deputat: "Qənirə Paşayeva Türk dünyasının sevimlisi idi"
"Qənirə Paşayeva Türk dünyasının sevimlisi idi".
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən millət vəkili Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.
O, Qənirə Paşayevanın ölümünün çox kədərli olduğunu bildirib: "İkinci Qarabağ müharibəsindəki həyəcanı, qəlbinin Qarabağla döyünməsi hər kəs üçün nümunədir. O bizim üçün ölməyib, onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır və yaşayacaq. Qənirə xanımın çox sevəni var idi. Türkiyədə kimdən soruşsan, hər kəsin onunla bir yaxşı xatirəsi var. O, Türkiyə ilə bağlı kitab yazmağı arzulayırdı. Amma ömür vəfa etmədi. Ruhu şad olsun".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət