Dərc edildi: Baxış sayı: 752
Türkiyədən Yunanıstan, Misir və Cənubi Kiprə: Rədd edirik
Nyu Yorkda Yunanıstan, Misir və Cənubi Kipr nümayəndələrinin iştirakı ilə keçirilən görüşdən sonra Türkiyə əleyhinə yayımlanan bəyanatı qəti surətdə rədd edirik.
Axar.az xəbər verir ki, bunu Türkiyə XİN sözçüsü Hami Aksoy bildirib.
"Region ölkələrinin Egey dənizində və Kipr məsələsində nə səlahiyyətləri, nə məsuliyyətləri, nə də deyəcəkləri bir sözləri var", - Aksoy qeyd edib.
Qeyd edək ki, yuxarıda adları qeyd edilən ölkələr Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətindən narazı olduqlarını bəyan ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət