Dərc edildi: Baxış sayı: 607
Türkiyədən xəbərdarlıq: Bu ölkəyə getməyin
Türkiyənin Xarici İşlər Nazirliyi İraqa səyahət edən vətəndaşlara xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, XİN-dən vətəndaşların zərurət olmadığı halda mitinqlərin baş verdiyi İraqa səfərdən imtina etmələri tələb olunub.
İraq ərazisində olan Türkiyə vətəndaşlarına isə İraq hökumətinin xəbərdarlıqlarına ciddi şəkildə riayət edilməsi tövsiyə edilib.
Türkiyə vətəndaşlarının hər hansı bir çətinliklə bağlı müraciət etmələri üçün İraqdakı səfirlik tərəfindən qaynar xətt yaradılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət