Dərc edildi: Baxış sayı: 572
Türkiyədən texnoloji inqilab: Sürücüsüz avtomobil...
Türkiyənin “FEV Türkiyə” və “Kodeco” texnoloji şirkətləri tərəfindən hazırlanan yerli sürücüsüz avtomobil (Avtonom) və elektromobilin (Otomod) fotoları yayımlanıb.
Axar.az xəbər verir ki, sözügedən texnoloji yeniliklərin ilk dəfə İstanbul Texniki Universitetinin dəstəyi ilə universitet, xəstəxana, hava limanı kimi obyektlərin ərazilərində sınaqdan keçirilməsi nəzərdə tutulub.
Məlumata görə, bu texnikalar üzərindəki yerli sensor və kameralar vasitəsilə ətrafdakı obyektləri, hərəkətdə olan vasitələri ayırd etmək imkanına sahib olacaq.
Əyləc və qaz sisteminin olmadığı “Avtonom” və “Otomod”un 30 ay ərzində tam istifadəyə verilməsi nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət