Slimfit
  1. DÜNYA

Türkiyədən sonra böhran Çinindir? –Tezliklə qlobal valyuta müharibələri başlaya bilər - Təhlil

Türkiyədən sonra böhran Çinindir? –Tezliklə qlobal valyuta müharibələri başlaya bilər - Təhlil
Sakura

Türkiyədən sonra böhran Çinindir? –Tezliklə qlobal valyuta müharibələri başlaya bilər - Təhlil

Ruçir Şarma

“The New York Times

 

Prezident Rəcəb Tayyip Ərdoğan maliyyə böhranına görə xainlər və xaricdəki səlahiyyətlərin məsuliyyət daşıdığını iddia edərək, “iqtisadi müharibə”də güclü ABŞ dollarını Türkiyəyə atılan “güllə, mərmi və raketlər” adlandırır.

Bir çox inkişaf etməkdə olan bazarlar maliyyə böhrana həssasdırlar; daha çox xərcləyir və bu israfçı vərdişləri maliyyələşdirmək üçün xarici borc verənlərə güvənirlər. 2002-ci ildə Ərdoğanın hakimiyyətə gəlməsindən əvvəl də Türkiyə bu cür idi. Süni şəkildə azaldılan faiz dərəcələri, habelə borcların, defisitin və inflyasiyanın sürətlənməsi daxil olmaqla, onun düşünülməmiş siyasəti problemləri daha da pisləşdirib. Bir çox zəngin türk böhran ovqatını öncədən duyaraq, çoxdan xarici ölkələrə sığınıb və beləliklə, son bir neçə gündə türk lirəsinin enişini sürətləndiriblər.

Türkiyənin çətinlikləri hələ indi başlayır və bu, ona qarşı iqtisadi müharibənin aparıldığını düşünən cənab Ərdoğanın şəxsi təxəyyülünün məhsulu deyil. Lakin inkişaf etməkdə olan ölkələrə uzun illər ziyan vuran dolların artan məzənnəsi ilə əlaqədar öz nəzər-nöqtəsi var.

Bir çox inkişaf etməkdə olan ölkədə baş verən valyuta böhranı kimi, bu, ABŞ Federal Ehtiyatlar Fondunun (FED) faiz dərəcələrini yüksəltməklə, dolların dəyərini artırdığı bir anda yaşanır. Dollar güclənərkən, Türkiyə kimi inkişaf etməkdə olan ölkələrin borclarını qaytarması daha da çətinləşir, nəticədə, investorlar qaçmağa başlayırlar.

İndi əsas məsələ Türkiyənin daha geniş qlobal böhranla üzləşməsinə hazır olub-olmamasıdır. 1997-ci ildə Tailand batının iflası kimi. Cavab aydın deyil. Türk lirəsinin enişi digər inkişaf etməkdə olan bazarların valyutalarına mənfi təsir edib, lakin bu ölkələrdən yalnız bir neçəsi Türkiyənin xarici borcu və hökumət siyasətinə (bu da inflyasiyanın səviyyəsini artırıb) dair ikili problemi paylaşıb.

Ancaq bundan daha böyük bir sual meydana gəlir: Türkiyənin iqtisadiyyatını zəiflədən güclü dollar, dünyanın ikinci ən böyük iqtisadiyyatını – Çini də “yolundan azdıra bilərmi”?

Çin fərqli səbəblərdən güclü dollarlara qarşı həssasdır. O, neft də daxil olmaqla, faktiki olaraq bütün xammalını almaq məcburiyyətində qalan Türkiyəyə nisbətən idxaldan az asılıdır. Türkiyə ilə müqayisədə Çinin xroniki ticarət kəsiri yoxdur və xaricdəki satınalmalarını maliyyələşdirmək üçün dollarla borc almağa ehtiyac görmür.

Lakin 2008-ci ildəki qlobal maliyyə böhranından sonra Pekin dövlət banklarına yeni kreditlər verməklə iqtisadiyyatını möhkəmləndirməyə çalışıb. Son on ildə qlobal borcun artımının yarıdan çoxunu Çinin daxili kreditləri təşkil edir. Çində çox daha pul var, Birləşmiş Ştatlarına nisbətən daha çox. Bu vəsaitin böyük hissəsi yüksək gəlirlərə can atan çinlilərin əlindədir.

Beləliklə, Çin də ciddi kapital axını riski ilə üzləşə bilər. Sonuncu mübarizə 2015-ci ildə başlayıb, erkən göstəricilərə görə, FED faiz dərəcələrini artırmağa başlayacaq. Çin valyuta nəzarətini sıxlaşdırmaqla, bu nəticənin qarşısını alıb, lakin nəzarət nadir hallarda uzunmüddətli olur. Zəkalı yerli sakinlər öz pullarını almaq üçün yaradıcı yollar tapırlar.

Bu il FED şərtlərinin sərtləşməsi dolları daha da gücləndirib, Pekinin asan pul siyasəti isə yuanı daha da zəiflədib; çinli investorların milli valyutanı dollarlara çevirmə stimulu artıb. Hazırda çinlilər ABŞ-da daha az risklə eyni faiz dərəcələrini əldə edə bilər, çünki qaçış üçün motivasiya yüksəkdir və FED dərəcələri daha da artırdığından bu meyl intensivləşəcək.

Pekin də öz valyutasının dəyərini yüksəltməyə çalışaraq güclü dolların cazibəsini azalda bilər. Ancaq bu, Çin iqtisadiyyatının böyük borc yükü altında yavaşladığı dövrdə yuan tədarükünü gücləndirmək deməkdir.

Çin yuanı daha geniş yayılmaqla dolların hegemoniyasına etiraz etməyə çalışıb, amma bu, uzun müddətli layihədir və indiyə qədər uğursuz olub. ABŞ-ın qlobal iqtisadiyyatdakı payı 2001-ci ildə 32%-də 23%-ə qədər olsa da, dollar hələ də kredit və ixrac-idxal üçün ödəmədə dünyanın ən sevimli puludur.

Dünya mərkəzi banklarının ehtiyatında olan xarici valyutanın 60 faizindən çoxu dollardır və Çinin pul ehtiyatını öz valyutasına çevirmə cəhdi heç kimi cəlb etmir. Qlobal mərkəzi banklar və investorlar hələ də, 2016-cı ildə olduğu kimi, kommunist hakimiyyət orqanlarının nəzarət edə biləcəyi valyutanın saxlanılmasından ehtiyat edirlər.

Böhran gücləndikcə diqqəti Türkiyədə yaşanan nisbətən kiçik qlobal təhlükədən Çinə yönələcək – prezident Trampın tarif müharibəsindən valyuta müharibələrinə.

Tramp administrasiyasının ixracatını rəqabət qabiliyyətli etmək üçün Çini dolları zəiflətməkdə günahlandırmasına baxmayaraq, son bir neçə gündə Pekin ötən iki ayda dollarla müqayisədə məzənnəsi 7% azalmış yuanın enişini dayandırmağa istiqamətlənib. Pekinin istəmədiyi ən son şey – ani inam böhranıdır.

Beləliklə, Çin çətin vəziyyətdədir. Güclənən dollar Çində daha çox sərmayə axını təhlükəsi yaradır və yuanın möhkəmləndirilməsinə dair istənilən səy Çin iqtisadiyyatının sürətini daha da yavaşlada bilər.

İllər boyu Pekin iqtisadiyyatda zəiflik əlamətlərinə cavab verərək, dövriyyəyə daha çox yuan buraxıb, Birləşmiş Ştatlar da həmin dövrlərdə güzəştli pul siyasəti həyata keçirib. İndi ABŞ faiz dərəcələrini yüksəldir, Çində faiz dərəcələrinin azaldılması isə çinli investorlara ölkəni tərk etmək üçün daha çox səbəb verəcək.

Dünya iqtisadiyyatının taleyi Çinin bu dəlilləri necə müzakirə etdiyindən asılıdır. Onun 14 trilyon dollarlıq iqtisadiyyatı Türkiyə iqtisadiyyatından təxminən 15 dəfə böyükdür və dünya iqtisadiyyatının təxminən 16 faizini təşkil edir. Bu əhəmiyyətli məqamdır. Dünyanın qalan hissəsi üçün lirənin çökməsi ötəri bir hadisə ola və Çin bu böhranın hansı yoldan keçəcəyinə qərar verə bilər.

 

Mənbə: Strateq.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR