Slimfit
  1. DÜNYA

Türkiyədən Krımın ilhaqının 6-cı ilində bəyanat

Türkiyədən Krımın ilhaqının 6-cı ilində bəyanat
Sakura

Türkiyədən Krımın ilhaqının 6-cı ilində bəyanat

Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstəyi və Krımın ilhaqının tanınmaması fikrində qalır. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Krımın ilhaqının 6-cı ildönümü ilə bağlı verdiyi açıqlamada deyilir.
 
"Türkiyə və beynəlxalq ictimaiyyət altı il əvvəl bu gün Rusiya Federasiyası tərəfindən qeyri-qanuni bir referendumun nəticəsində Ukraynanın bir hissəsi olan Krım Muxtar Respublikasının qanunsuz ilhaqını tanımır", - açıqlamada vurğulanır.
 
Türkiyə Xarici İşlər Nazirliyi qeyd edir ki, Ankara üçün Krım tatarlarının tarixi torpaqlarda etibarlı və güvəndə yaşması, mədəni kimliyinin qorunması və ilhaqın nəticələrindən zərərin aradan qaldırılması prioritet olaraq qalır.
 
Türkiyə strateji tərəfdaşı olan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bəyan edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR