Dərc edildi: Baxış sayı: 1904
Türkiyədən Bakıya yeni avtobuslar gətirilir
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) 300 ədəd avtobusun tədarükçüsünü seçib. Bu barədə BNA-dan məlumat verilib.
"300 ədəd avtobusun tədarükü ilə bağlı elan edilmiş tenderin qalibi "BMC Otomativ Sanaye ve Ticaret A.S." şirkəti olub. 2018-ci il oktyabr ayının 23-də şirkətlə müqavilə bağlanılıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, "BMC Otomativ Sanaye ve Ticaret A.S." Türkiyənin İzmir şəhərində fəaliyyət göstərir. Şirkət, avtobusla yanaşı hərbi avtomobillər də istehsal edir.
Mənbə: Kommersant.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət