Dərc edildi: Baxış sayı: 675
Türkiyədən ABŞ-a sərt cavab: Özünüz etiraf etdiniz...
Bir şəxsin rahib və ya din adamı olması onun günahsız və məsum olması üçün kifayət edəcək bir kriteriya deyil.
Axar.az xəbər verir ki, bu barədə “Röyter”ə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın danışıb.
“Qərarı məhkəmə verəcək. ABŞ da daxil olmaqla, hər kəs Türkiyə məhkəməsinin verdiyi qərara hörmət etməyə məcburdur. Boltonun Türkiyədəki iqtisadi vəziyyət və Qətərin investisiya qərarı ilə bağlı söylədikləri daha vacib bir vəziyyətə işarədir. Çünki bu ifadələr Tramp administrasiyasının bir NATO müttəfiqini iqtisadi müharibə hədəfinə çevirməsinin etirafıdır”, - Qalın bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət