Slimfit
  1. DÜNYA

Türkiyədən ABŞ-a böyük xatırlatma - Hazırıq

Türkiyədən ABŞ-a böyük xatırlatma - Hazırıq
Sakura

Türkiyədən ABŞ-a böyük xatırlatma - Hazırıq

"S-400"ə görə ABŞ-ın tətbiq edəcəyi sanksiyalar Türkiyəyə təsir göstərməyəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop danışıb:

"Birləşmiş Ştatlar fəal sanksiya siyasəti həyata keçirdikcə, Vaşinqtonun təhdidləri ölkələrə kiçik psixoloji təzyiq göstərə bilər. Onlar bu üsuldan nə qədər çox istifadə etsə, təsir mexanizmi bir o qədər zəifləyəcək. Hesab edirəm ki, ABŞ-ın tətbiq edəcəyi sanksiyalar iqtisadiyyat da daxil olmaqla, Türkiyəyə təsir etməyəcək. Türkiyə əvvəldən beşinci nəsil "F-35" təyyarələri layihəsinin iştirakçısı olub. Lakin Amerika bizə əvəzini ödədiyimiz təyyarələri vermək istəmədi. "Patriot"un satışından imtina halında Türkiyənin atdığı addımı xatırlada bilərəm. Biz alternativ kimi "S-400"ü seçdik. Bu onu göstərir ki, Türkiyə müstəqil siyasət yürüdür".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2020-ci ilin müdafiə büdcəsini imzalayıb. Rəsmi Ankaranın "S-400" sistemindən imtina etməyəcəyi təqdirdə, Türkiyəyə "F-35" qırıcılarının satışı qadağan olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR