Dərc edildi: Baxış sayı: 437
Türkiyədəki zəlzələdən ürək sızladan görüntü - Ata uşaqlarını qorumaq üçün özünü sipər edib
Dünən Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib.
BAKU.WS “Haberler.com”a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində çoxlu sayda bina uçub.
Dağıntılar altında qalan 20 nəfər ölüb, 1015 nəfər isə yaralanıb. Hazırda dağıntılar altında xilasetmə əməliyyatları davam edir.
Şəhərin mərkəzində uçmuş binanın altında aparılan xilasetmə işləri zamanı lentə alınan bir görüntü ürəkləri sızladıb. Bir ata zəlzələ zamanı uşaqlarını qucaqlayıb və özünü onlar üçün sipər edib. Lakin bu fədakarlıq övladlarının xilas etməyə kifayət etməyib. Dağıntılar altından onların cansız bədənləri çıxarılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət