Dərc edildi: Baxış sayı: 565
Türkiyədəki səfirimiz Çindən gətirilən Azərbaycan vətəndaşlarının səhhətləri ilə maraqlanıb
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çinin Uhan şəhərindən Ankaraya enən təyyarədəki vətəndaşlarımızla telefon əlaqəsi saxlayıb.
Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumata verilib.
Azərbaycan vətəndaşları səhhətlərinin normal olduqlarını bildiriblər.
Qeyd edək ki, Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyyarəsi yerli vaxtla saat 21:12-də Ankaradakı Etimesgut Hava və Hərbi Hava Qüvvələri Qurumlarının aeroportuna enib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət