Dərc edildi: Baxış sayı: 1162
Türkiyədəki Azərbaycan Səfirliyi koronavirusla bağlı “Qaynar xətt“ yaradıb
Azərbaycanın Türkiyədəki Səfirliyi koronavirus infeksiyasının yayılma riskilə əlaqədar operativ “Qaynar xətt” xidməti yaradıb.
Türkiyədəki Azərbaycan Səfirliyindən REAL-a verilən məlumata görə, Türkiyə və Azərbaycan Prezidentlərinin qərarından sonra hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin dayandırılması ilə əlaqədar dünən gecə saatlarında Səfirlik operativ xidmətə başlayıb.
Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımız +905372826740, +903124906913, +903124920423 “Qaynar xətt”lərlə Səfirliyə müraciət edə bilərlər.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət