Dərc edildi: Baxış sayı: 1326
Türkiyədə vətəndaşlıq almaq asanlaşdı
Türkiyədə xaricilərə vətəndaşlıq verilməsi haqqında qanuna dəyişiklik edilib.
Publika.az xəbər verir ki, Rəsmi Qəzetin bugünkü sayında dərc olunan 106 saylı qərara əsasən, əcnəbilərə Türkiyə vətəndaşlığının verilməsi ilə bağlı nəzərdə tutulan rüsum 2 milyon dollarından 500 min dollara endirilib. Türkiyədə daşınmaz əmlak sahibi olan əcnəbilərin vətəndaşlığa qəbulu üçün lazım olan minimum məbləğ isə 1 milyon dollardan 250 min dollara qədər azaldılıb.
Söhbət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc olunan 2010-ci ildə qüvvəyə minən "Türkiyə Vətəndaşlığı haqqında"Qanununun əcnəbilərin müstəsna olaraq Türk vətəndaşlığını əldə etmələrini tənzimləyən 20-ci maddəsindən gedir.
Xatırladaq ki, bu qanun Türkiyədə yaşamaq hüququ almaq istəyənlərə şamil edilmir. 2015-ci ildən 2018-ci il avqustun 9-dək Türkiyədə 721.735 xarici vətəndaş yaşamaq hüququ alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət