Dərc edildi: Baxış sayı: 435
Türkiyənin tolerantlıq və mədəniyyət şəhəri olan Mardində bir həftə davam edəcək uşaq musiqi festivalı…
Türkiyənin tolerantlıq və mədəniyyət şəhəri olan Mardində bir həftə davam edəcək uşaq musiqi festivalı keçirilir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 5 ölkədən 27 musiqiçinin qatıldığı festival təntənəli nümayiş yürüşü ilə başlayıb. Yürüşdən sonra Mardin Muzeyinin həyətində yerli və əcnəbi sənətçilər konsert proqramı ilə çıxış edib, iştirak edən insanlar müxtəlif tamaşalar izləyiblər.
Sentyabrın 15-dək davam edəcək sərgini 12 min uşağın izləyəcəyi nəzərdə tutulur. Festivala ABŞ, İran, İtaliya və Serbiyadan olan musiqiçilər də qatılıb.
Festivalın bağlanış mərasimi Türkiyənin Nusaybin qəsəbəsində keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət