Slimfit
  1. TÜRKİYƏ

Türkiyədə toylarda polis nəzarəti

Türkiyədə toylarda polis nəzarəti
Sakura

Validən açıqlama

Ens.az xəbər verir ki, Türkiyənin Diyarbəkir şəhərində koronavirusa qarşı görülən tədbirlərin xüsusilə toylarda pozulması maraqlı qərarın qəbul olunmasına səbəb olub. Belə ki, yoluxma hallarının sürətlə artdığı şəhərdə vali Munir Karaoğlunun göstərişinə əsasən, hər toyda iki polis və ya jandarma, şadlıq evi, yaxud onun ərazisində olacaq və iştirakçıların qaydalara riayət edib - etmədiyini yoxlayacaqlar.

 Son günlər şəhərdə koronavirusa yoluxanların sayının artması səbəbindən vali Münir Karaloğlunun sədrliyi ilə  şəhər  Səhiyyə Müdiri Dr.  Cihan Tekin, 17 vilayət  valisi və 17 rayon səhiyyə müdirinin iştirakı ilə  toplantı keçirilib.

Koronavirusun yayılmasının qarşısını almaq üçün alına biləcək tədbirlərin müzakirə olunduğu yığıncaqda, vali Karaloğlu yoxlamaları sərtləşdirmək üçün göstəriş verib. 

Koronavirusla mübarizədə təcrid qruplarının əhəmiyyətini vurğulayan Vali həm yoluxma halları, eləcə də onlarla təmasda olanların təqib edilməsinin qarşılarında duran ciddi vəzifə olduğunu söyləyib. Vali Karaloğlu, qarşıdakı dövrdə toylara 2 polis və ya jandarma təyin ediləcəyini açıqlayıb.   

 Onun dediyinə görə hüzr yerlərində başsağlığı üçün gələn vətəndaşları məlumatlandıracaq mollaların  da yer aldığı  xüsusi heyətlərin formalaşdırılması da nəzərdə tutulur.

Mənbə: .aksam.com.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR