Slimfit
  1. DÜNYA

Türkiyədə toy mərasimlərinin keçirilməsinə icazə verilir

Türkiyədə toy mərasimlərinin keçirilməsinə icazə verilir
Sakura

Türkiyədə toy mərasimlərinin keçirilməsinə icazə verilir

İyul 1-dən Türkiyədə toy mərasimlərinin keçirilməsinə icazə veriləcək. 

Ens.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi qərar qəbul edib. Qərarda mərasimlərin müddətinin azaldılması və açıq havada keçirilməsi şərti qoyulub. 

Mərasim zamanı masalar bir-birindən 1.5 metr məsafədə düzüləcək, stolların üstündə dezinfeksiyaedici məhlullar qoyulacaq və maska taxılacaq, toplu şəkillər çəkilməyəcək və Türkiyə toylarındakı ənənəvi zinət əşyalarının bəylə-gəlinə şəxsən hədiyyə edilməsi mərasimi icra edilməyəcək, hədiyyələr xüsusi qutulara toplanacaq. Rəqs zamanı da sosial məsafə qorunacaq. 

Qaydalara görə, toya gələn qonaqların hərarəti də ölçüləcək, temperaturu 38 dərəcədən yüksək olanlar mərasimə buraxılmayacaq və ən yaxın  tibb müəssisəsinə müayinəyə göndəriləcək.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR