Dərc edildi: Baxış sayı: 490
Türkiyədə təyyarə qəzası buna görə baş verdi
5 fevralda Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçən hava limanında baş verən təyyarə qəzası ilə bağlı daha bir iddia ortaya atılıb.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzaya uçuş-enmə zolağının standart ölçülərdən kiçik olmasının səbəb olduğu bildirilib.
İddiaya görə, qəzanın fəsadlarının böyük olması da buna görədir.
Qeyd edək ki, fevralın 5-də “Peqasus” aviaşirkətinə məxsus Boinq-737 təyyarəsi Sabiha Gökçən hava limanına sərt eniş edib, daha sonra isə uçuş zolağından çıxaraq torpaq üstdə 40 metrə qədər sürünüb. Təyyarə 3 hissəyə parçalanıb və yanğın baş verib.
Qəza nəticəsində 3 nəfər ölüb, 179 nəfər yaralanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət