Slimfit
  1. MARAQLI

Türkiyədə sərxoş adamların səbətdə evə çatdırılması necə təşkil edilirdi

Türkiyədə sərxoş adamların səbətdə evə çatdırılması necə təşkil edilirdi
Sakura

İşin ağırlığı hambalın üzərinə düşürdü.

Uber ixtira olunana qədər, özdaxili imkanlarla işin öhdəsindən gəlmək lazım gəlirdi

İstanbul, altmışıncı illərin əvvəlləri

Barda çox sərxoş bir adamın yanında heç olmasa bir dəfə olan hər kəs bunun spesifik həzz olduğunu bilir. (Əgər belə halları xatırlamırsınızsa, bu çox sərxoş olduğunuz deməkdir.) Ancaq İstanbulda, orta əsrlərdən bəri, bu cür sərxoşluqlarla mübarizə üçün gözəl bir üsul vardı. Onları sadəcə yükdaşıyanın kürəyində hörmə səbətdə bardan evə çatdırırdılar.

Keflənmiş adamdan tələb olunan bircə o idi ki, birtəhər dəqiq ünvanını deyə bilsin. Ancaq sərxoş adam həmin vəziyyətə müntəzəm olaraq düşürdüsə, ev ünvanı artıq bilinirdi. 

Barların yanında həyatlarını əyyaşlığa həsr edənləri yerləşdirmək üçün həmişə böyük səbətlərlə yükdaşıyanlar veyllənirdilər.

Ümumiyyətlə, bu cür səbətlərdə qida və digər malların daşınması nəzərdə tutulurdu və bir insanı daşıya bilmək üçün təchiz olunmamışdı. Ancaq istənilən halda bu, yalın əllə sərxoşu bardan çıxarmaqdan və ya barların yerləşdiyi dar şəhər küçəsinə atla və ya eşşəklə arabanı soxmaqdan daha rahat idi. 

Səbətin klassik istifadəsi     

Əlbəttə ki, işin ağırlığı hambalın üzərinə düşürdü. İşin fiziki cəhətdən çətin olmağı bir yana, mənəvi baxımdan da yorucu idi - təsəvvür edin ki, sərxoş halda onu evinizə apararkən sizə nə qədər xoş və maraqlı şeylər deyəcəkdir.

Buna baxmayaraq, İstanbulda bu bədbəxtlərin heç bir əskikliyi yox idi: otellərdə və ya vağzallarda  gün ərzində işləyən yükdaşıyanlar gecələr də sərxoş adamları səbətlərində daşıyırdılar. Belə yükdaşıyanları küfeci, sərnişinlərinə isə küfe deyilirdi. Türk dilində "Küfelik olmak" məsəli də var - " evə səbətdə gələcək  qədər keflənmək"  mənasında işlənir.

Ənənənin bu gün də yaşadığından əmin deyilik, amma ilk fotoşəkilin bizə açıqca söylədiyi kimi 1960-cı illərdə belə davam etdiyi aydınlaşır. Budur bu isə 1950-ci illərin görüntüsü.

Mənbə: maximonline.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR