Dərc edildi: Baxış sayı: 1109
Türkiyədə şəhid general Polad Həşimov adına parkın açılışı olub
Türkiyədə Bursa şəhərinin Osmanqazi rayonunda Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun adı verilən parkın açılışı olub.
“Anadolu” agentliyi xəbər verir ki, parkın açılışında Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar, Azərbaycanın Ankaradakı səfirinin məsləhətçisi Ruslan Abdullayev və digər rəsmi şəxslər iştirak edib.
Açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Quran oxunub və şəhidə rəhmət diləyiblər.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət