Slimfit
  1. DÜNYA

Türkiyədə Rusiyanın NTV kanalının əməkdaşları saxlanılıb

Türkiyədə Rusiyanın NTV kanalının əməkdaşları saxlanılıb
Sakura

Türkiyədə Rusiyanın NTV kanalının əməkdaşları saxlanılıb

Türkiyədə Rusiyanın NTV kanalının “Mərkəzi Televiziya” verilişinin əməkdaşları saxlanılıb. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə kanalın özü xəbər yayıb.

Bildirilir ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə redaksiyaya xəbər veriblər. Sonra onlarla əlaqə kəsilib.

Moskva vaxtı ilə saat 21:00-da Aleksey Petruşko qısa bir SMS göndərməyə imkan tapıb.

“Nə səbəbdənsə bizi hələ də saxlayırlar”, - deyə ismarıcda bildirilib.

Bundan sonra yenidən onlarla əlaqə yaratmaq mümkün olmayıb; nə zənglərə, nə də mesajlara cavab verilib.

“NTV televiziya şirkəti, vəziyyəti aydınlaşdırmaq üçün Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın Türkiyədəki Baş Konsulluğu ilə sıx təmasdadır”, - deyə kanaldan bildirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR