Slimfit
  1. DÜNYA

Türkiyədə qalma müddəti bitən maşınların ölkədən çıxması üçün sadələşdirilmiş qaydaların müddəti uzadılıb

Türkiyədə qalma müddəti bitən maşınların ölkədən çıxması üçün sadələşdirilmiş qaydaların müddəti uzadılıb
Sakura

Türkiyədə qalma müddəti bitən maşınların ölkədən çıxması üçün sadələşdirilmiş qaydaların müddəti uzadılıb

Türkiyədə istifadə olunmaq üçün hüquqi müddəti bitən və bitmək üzrə olan xarici dövlət nömrə-nişanlı şəxsi maşınların gömrük-keçid məntəqələrindən çıxmaq üçün sadələşdirilmiş prosedur vaxtı uzadılıb.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qayda cari il martın birindən etibarən möhlət hüququ bitən və ya bitməkdə olan avtomobillərə aiddir. Türkiyənin Ticarət naziri Ruhsar Pekcan mövzu ilə bağlı açıqlamasında bildirib ki, həmin avtomobillərin ölkədən çıxışı üçün gömrük idarələrinə müraciət etməyə ehtiyac yoxdur. Bu maşınların gömrük-keçid məntəqələrindən birbaşa çıxması üçün müəyyən edilən vaxt oktyabrın 31-dək uzadılıb.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən Türkiyədə gömrük-keçid məntəqələri bağlanmış, o cümlədən uzun müddət ölkə hərəkət məhdudiyyəti tətbiq olunmuşdur. Bu səbəbdən ölkə ərazisində fəaliyyət müddətinə icazə vaxtı bitən çox sayda xarici dövlət nömrə-nişanlı maşınlar qalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR