Slimfit
  1. TÜRKİYƏ

Türkiyədə planetdə ilk yeraltı muzey qurulur

Türkiyədə planetdə ilk yeraltı muzey qurulur
Sakura

Türkiyədə dünyada analoqu olmayan yeraltı təbiət muzeyi yaradılır.  

 

Moderator.az bu haqda  Rusiya mediasına istinadla xəbər verir. 

Muzey ölkənin mədəni, tarixi və təbii turizm mərkəzlərindən biri - Kapadokiya ərazisində qurulur. Muzeyin tikintisinə Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi tenderin nəticələri elan edildikdən sonra - 2018-ci ilin yanvar ayında başlanıb. Muzeydə etnoqrafik və tematik ekspozisiyalar olacaq. Ziyarətçilər Anadolunun “keçmişinə səyahət” edə biləcəklər. Muzeyin açıq sahəsi 50 min kvadratmetr, bağlı sahəsi isə 7 min kvadratmetrdir.  Muzey Göreme milli parkı, Paşabağ vadisi, Zelva açık hava müzeyi ve Uçhisar qalası kimi Kapadokiyanın ən çox ziyarət edilən yerlərindən cəmi 15 dəqiqəlik məsafədə yerləşir.

Nevşehir əyalət muzeyinin direktoru Murad Gülöz muzeyin Türkiyənin bu bölgəsinə gələn turist axınını artacağını bildirib. “Əminəm ki, muzey Türkiyədəki ən məşhur yerlərin siyahısına daxil olacaq. Onun açılışı 2019-cu ilə planlaşdırılır. Muzeyin dünyada analoqu olmayacaq “ –deyə M.Gülöz vurğulayıb.

 

Sultan Laçın

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR