Dərc edildi: Baxış sayı: 358
:0
Türkiyədə pandemiyanın yayılmasının səbəbi...
İstanbuldan digər şəhərlərə gedənlər koronavirus pandemiyasını yaymağa başladı.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu virusun ölkədə sürətlə yayılmasını şərh edərkən deyib.
Nazir bildirib ki, əvvəlcə xaricdən Türkiyəyə gələnlər təhlükə mənbəyi hesab edilirdi: “Daha sonra isə İstanbuldan digər şəhərlərə gedənlər virusu yaymağa başladı. Buna görə, insanlar yaşadıqları bölgəni tərk etməli deyil”.
Qeyd edək ki, Türkiyədə pandemiyadan ölənlərin sayı 131-ə yüksəlib, ümumilikdə 9 min 217 nəfər virusa yoluxub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət