Dərc edildi: Baxış sayı: 559
Türkiyədə pandemiya qurbanlarının sayı 2 600 nəfərə çatdı
"Türkiyədə son sutkada daha 109 nəfər pandemiyanın qurbanı olub”.
“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 600 nəfərə çatıb.
Nazir həmçinin daha 3 122 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 104 912-yə yüksəldiyini bildirib.
F.Koca Türkiyədə indiyədək 21 737 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət