Slimfit
  1. TÜRKİYƏ

Türkiyədə ölkəyə milyardlarla dollar ziyan vuran Rusiya casusları həbs edildi

Türkiyədə ölkəyə milyardlarla dollar ziyan vuran Rusiya casusları həbs edildi
Sakura

Türkiyədə ölkəyə milyardlarla dollar ziyan vuran Rusiya casusları həbs edildi

Rusiya ilə Türkiyə arasındakı gərgin münasibətləri casus qalmaqalı daha da pisləşdirə bilər. Türkiyənin xüsusi xidmət orqanları 2018-ci ilə qədər “Qazprom”a məxsus olan  Rusiya qazının əsas alıcısı Bosphorus Gaz şirkətinin icraçı direktorun müavini  və daha beş əməkdaşını saxlayıb.

Emel Öztürk və onun tabeliyində olanlar siyasi və hərbi asusluqda şübhəli bilinirlər. Ens.az bildirir ki, onlar “nəhəng xarici enerji şirkəti”nə məxfi məlumatları ötürərkən cinayət başında yaxalanıblar. İstintaqTürkiyənin Milli Kəşfiyyat İdarəsi və İstanbuldakı maliyyə cinayətləri ilə mübarizə idarəsi tərəfindən aparılır. Bütün şübhəlilər cinayət məsuliyyətinə cəlb olunublar.

İstintaqa əsasən Öztürk ən azı 2020-ci ilin aprel ayından bəri Türkiyənin qaz alışı həcmi və qiymətlər barədə məlumat ötürdüyü şirkətin ün nümayəndəsi ilə əlaqə qurub. Onun fəaliyyətindən dəyən zərərin həcmi milyard dollarla ölçülür. Independent Commodity Intelligence Services (ICIS) bildirib ki, bu xarici şirkət “Qazprom”dur.

Onların məlumatına əsasən Türkiyənin Qara dənizdə kəşf etdiyi qaz yatağı barədə məlumatlar, həmçinin qaz axını üzrə rəqəmlər və onun dəyəri Rusiya inhisarına ötürülüb.

ICIS-dən bildiriblər ki, casus qalmaqalı Rusiya qazının Türkiyəyə tədarükü üzrə müqavilələrin uzadlmasına təhlükə yaradır.

2021-ci ildə ildə 7,75 milyard kubmetr üçün müqavilələrin vaxtı bitir və onların uzadılması artıq Moskva ilə Ankaranın Suriya, Liviya və yeni əlavə olunan Dağlıq Qarabağdakı münaqişəkərə görə sual altındadır.

Türkiyə qaz bazarı iştirakçılarından biri istisna etmir ki, Bosphorus Gaz üçün istintaq lisenziyanın ləğvi ilə başa çata bilər. Şirkətin ildə 4 milyard kubmetr Rusiya qazı idxal etmək üçün müqavilələri var. Onlardan biri 2021-ci ildə bitən 0,75 milyard kubmetrdir.

Bundan başqa, “Qazprom” ən böyük dövlət idxalçısı olan BOTAŞ-la tədarük müddətinin uzadılması barədə razılığa gəlməlidir. Şirkətlə bir müqavilə 2021-ci ildə ( 4 milyard kubmetr), digəri isə 2028-ci ildə (16 milyard kubmetr) bitir.

Mənbə: Кавказ-Центр

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR