Slimfit
  1. MARAQLI

Türkiyədə müdir marketə eşşəklə gəldi

Türkiyədə müdir marketə eşşəklə gəldi
Sakura

Türkiyədə müdir marketə eşşəklə gəldi

“Niğdədə market”ə eşşəklə gələrək, alış -veriş edən və aldığı məhsulları heyvanın üzərindəki heybəyə dolduran vətəndaşın sözügedən ticarət mərkəzinin müdiri olduğu ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bu görüntülərə görə polis şöbəsinə çağırılan Halil Günün zarafat etdiyi məlum olub.

Marketlərdə alış-veriş paketlərinin 1 yanvar tarixindən etibarən pullu satılmağa başlamasının ardından, buna ölkənin müxtəlif bölgələrindən sosial media vasitəsilə reaksiyalar verilməyə başlanıb.

Qeyd edək ki, marketdə işləyənlərin təəccüblü baxışları arasında alış- veriş edən kişinin hərəkətlərini ətrafda olanlar mobil telefonlarla çəkərək sosial mediada yayıb.

Həmin görüntülər izləmə rekordu qırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR