Slimfit
  1. DÜNYA

Türkiyədə məmurların xarici ölkələrə səfərləri təxirə salındı

Türkiyədə məmurların xarici ölkələrə səfərləri təxirə salındı
Sakura

Türkiyədə məmurların xarici ölkələrə səfərləri təxirə salındı

Türkiyədə dövlət məmurlarının xarici ölkəyə istənilən səfəri rəsmi olaraq dayandırılıb.

Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncam martın 13-də “Resmi Gazete”də yayılıb.

Qeyd edək ki, martın 12-də Türkiyədə prezidentin sədrliyi ilə koronavirusla bağlı müşavirə keçirilib. Müşavirədə Rəcəb Tayyib Ərdoğanın səfərlərinin təxirə salınması, bütün təhsil müəssisələrinin bağlanması, bütün kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması haqqında qərar qəbul edilib.

Xatırladaq ki, Türkiyədə 2 nəfərin koronavirusa yoluxması faktı qeydə alınıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 919-a çatıb. Bunların 70 396 nəfəri sağalıb, 4 990 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR