Slimfit
  1. DÜNYA

Türkiyədə məktəblərdə təhsil fevralın 13-dək dayandırılıb

Türkiyədə məktəblərdə təhsil fevralın 13-dək dayandırılıb
Sakura

Türkiyədə məktəblərdə təhsil fevralın 13-dək dayandırılıb

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyədə təbii fəlakətlə əlaqədar olaraq orta məktəblərdə təhsilə ara verilib. Bu barədə Təhsil Naziri Mahmut Özer məlumat verib. Onun sözlərinə görə, Türkiyədə bütün məktəblərdə fevralın 13-nə qədər tətil elan edilib. Mənbə: Haber Global 10:40 Türkiyədə zəlzələdən sonra təbii fəlakətin baş verdiyi bütün bölgələrdə məktəblər bağlanıb. Zəlzələdən əvvəl Qaziantep, Adıyaman, Malatya və Kahramanmaraşda qar yağması və əlverişsiz hava şəraiti səbəbindən təhsil dayandırılmışdı. Zəlzələdən sonra sözügedən vilayətlərdə məktəblər bir həftəlik bağlanıb. Kahramanmaraşda baş verən və digər vilayətlərdə də təsirli olan 7,4 bal gücündə zəlzələdən sonra Adana və Mersin valilikləri də 6 fevral bazar ertəsi günü bütün təhsil müəssisələrinin bağlandığını açıqlayıb. Qaziantep valisi Davud Gül açıqlama verərək bildirib: “Qaziantepdə güclü qar yağması səbəbindən bütün təhsil müəssisələri və reabilitasiya mərkəzləri 6 fevral bazar ertəsi günü birgünlük bağlandı. Sağlamlıq imkanları məhdud şəxslər və hamilə olan ictimai işçilər inzibati məzuniyyətdə sayılacaq. Qartopu oynayın və kitab oxuyun”. Türkiyə vitse-prezidenti Fuat Oktay zəlzələnin intensiv hiss olunduğu Kahramanmaraş, Hatay, Qaziantep, Malatya, Adana, Kilis, Diyarbəkir, Şanlıurfa, Osmaniye və Adıyamanda məktəblərin bir həftəlik tətil edildiyini açıqlayıb. Mənbə: Trhaber

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR