Slimfit
  1. DÜNYA

Türkiyədə koronavirusdan ölən xəstənin yaxınları həkimə hücum etdilər

Türkiyədə koronavirusdan ölən xəstənin yaxınları həkimə hücum etdilər
Sakura

Türkiyədə koronavirusdan ölən xəstənin yaxınları həkimə hücum etdilər

Türkiyənin Trabzon şəhərində koronavirusdan ölən xəstənin yaxınları həkimə süni tənəffüs aparatı ilə hücum ediblər.

Sondakika.com xəbər verir ki, hücuma məruz qalan həkim Esra Ersöz Gənc “Twitter” hesabında bu barədə paylaşım edib:

“Süni tənəffüs aparatına qoşulmuş ağciyər xərçəngi olan bir xəstəni qəbul etdim. Ürəyi iki dəfə dayandı. Ürək masajı ilə həyata qayıdan xəstənin qohumlarına onun vəziyyəti barədə məlumat verdim. Xəstənin ürəyi gün ərzində dəfələrlə dayanmışdı. Növbəti dəfə dayananda onu həyata qaytarmaq mümkün olmadı”.

 

Bundan sonra ölən xəstənin yaxınları ona hücum ediblər:

“Pəncərələr qırıldı, təhlükəsizlik qaydaları pozuldu, qapının ağzında döyüldüm (əlimdə kəsiklər var), sonra beş nəfər qapını açaraq içəri girdi. Onlardan biri əlinə oksigen aparatını götürdü və bizi təqib etməyə başladı. Polis gəlməsəydi, onu bizə vuracaqdı.

Məni oradan necə çıxardıqlarını bilmirəm. Bu adam azadlıqdadır. Növbəti dəfə nə olacaq? Doğma ailəmin yanına qayıda biləcəyəmmi? Bilmirəm. Qorxuram”.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR