Dərc edildi: Baxış sayı: 672
Türkiyədə koronavirus qurbanlarının sayı 9 nəfərə çatdı
Türkiyədə koronavirusa yoluxanların sayı gün ərzində demək olar, iki dəfə artıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O, qeyd edib ki, hazırda ölkədə koronavirusa yoluxanların sayı 670 nəfərə çatıb.
"Son 24 saat ərzində koronavirusla bağlı 3 656 test keçirilib, onlardan 311-i müsbət nəticə verib. Xəstələnənlərin sayı 670 nəfərə çatdı. Biz bu gün daha 5 yaşlı və zəif insanı itirdik. Doqquz insan öldü", - deyə Koca “Twitter”də yazıb.
Cümə axşamı Koca bildirib ki, Türkiyədə koronavirusa yoluxanların sayı 191 nəfərdən 359 nəfərə yüksəlib, 4 xəstə ölüb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət