Dərc edildi: Baxış sayı: 718
Türkiyədə karantinə alınanların sayı 10 minə çatır - Rəsmi
Türkiyənin Daxili işlər naziri Süleyman Soylu yerli jurnalistlərin koronavirus karantini ilə bağlı suallarını cavablayıb.
“Haber Global”ın məlumatına görə, Soylu hazırda 9800 nəfərin karantində olduğunu təsdiqləyib.
O bildirib ki, karantinə alınanların əksəriyyəti xarici ölkələrdən Türkiyəyə gələnlərdir. Həmin şəxslər 14 günlük karantinə alınır. 14 gün ərzində onlarda heç bir xəstəlik aşkar edilməsə, evlərinə buraxılırlar.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət