Dərc edildi: Baxış sayı: 533
Türkiyədə karantinə alınanların sayı 10 minə çatır
Türkiyənin Daxili işlər naziri Süleyman Soylu yerli jurnalistlərin koronavirus karantini ilə bağlı suallarını cavablayıb. Redaktor.az-ın “Haber Global”a istinadən məlumatına görə, Soylu hazırda 9800 nəfərin karantində olduğunu təsdiqləyib. O bildirib ki, karantinə alınanların əksəriyyəti xarici ölkələrdən Türkiyəyə gələnlərdir. Həmin şəxslər 14 günlük karantinə alınır. 14 gün ərzində onlarda heç bir xəstəlik aşkar edilməsə, evlərinə buraxılırlar. //Oxu
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət