Slimfit
  1. TÜRKİYƏ

Türkiyədə karantin qaydaları yumşaldılır: Toyların keçirilməsinə icazə verildi

Türkiyədə karantin qaydaları yumşaldılır: Toyların keçirilməsinə icazə verildi
Sakura

Türkiyədə karantin qaydaları yumşaldılır: Toyların keçirilməsinə icazə verildi

Tükiyədə koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin tədbirlərinin yumsaldılması çərçivəsində konkret tədbirlər planı açıqlanıb.

“Anadolu” agentliyinin yaydığı xəbərə görə, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra məlumat verib.

Dövlət başçısı bildirib ki, iyun ayı ərzində küçəyə çıxma qadağası həftəiçi və şənbə günü axşam saat 22:00-dan səhər saat 05:00-dək tətbiq olunmağa davam edəcək. Bu qadağa bazar gününü tam əhatə edəcək şəkildə, yəni şənbə günü saat 22:00-dan bazar ertəsi səhər saat 05:00-dək tətbiq olunacaq. Qeyd olunan müddətlərə iyul ayındakı yoluxma və ölüm, eləcə də vaksinasiya statistikasındakı dəyişikliyə görə yenidən baxılacaq.

R.T.Ərdoğanın sözlərinə görə, ictimai iaşə obyektləri saat 07:00-21:00 arasında müvafiq qaydalara riayət olunmaqla yerində xidmət göstərəcək, daha sonra isə saat 00:00-a qədər çatdırılma xidməti mümkün olacaq. Qeyd edilən məkanlar küçəyə çıxma qadağasının tətbiq olunduğu bazar günlərində sadəcə çatdırılma üsulu ilə fəaliyyət göstərəcək.

Qapalı idman salonları və qapalı stadionlar, həmçinin lunapark tipli əyləncə mərkəzləri qaydalar çərçivəsində bazar günü istisna olmaqla, saat 07:00-21:00 arasında fəaliyyət göstərəcək.

Həmçinin açıq və qapalı məkanlardakı nikah və toy mərasimləri müəyyən şərtlər daxilində iyunun 1-dən etibarən təşkil olunacaq.

Türkiyə prezidenti ölkə Universitetlərində növbəti tədris ilinin başlanacağı tarixi də açıqlayıb. O, ali məktəblərdə 2021-2022-ci tədris ilinə sentyabrın 13-də start veriləcəyini bildirib.

Mənbə: Oxu.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR