Slimfit
  1. CƏMİYYƏT

Türkiyədə işləyən azərbaycanlı professor: “Koronavirusa yalnız bu yolla qalib gəlmək olar”

Türkiyədə işləyən azərbaycanlı professor: “Koronavirusa yalnız bu yolla qalib gəlmək olar”
Sakura

Türkiyədə işləyən azərbaycanlı professor: “Koronavirusa yalnız bu yolla qalib gəlmək olar”

Türkiyə Səhiyyə Nazirliyi və Biotexnika İnstitutu nəzdində Peyvənd Elmi Şurasının üzvü, Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü, azərbaycanlı professor Adil Allahverdiyevin AZXEBER.COM-a koronavirusla bağlı özəl müsahibəsini təqdim edirik:

- Türkiyədə koronavirusa qarşı mübarizə necə gedir?

- Türkiyədə koronavirusa qarşı mübarizə 2 istiqamətdə gedir: 

1. Bu xəstəliyə qarşı Səhiyyə Nazirliyinin rəhbərliyi altında tibb işçilərinin birlikdə mübarizəsi ilə həyata keçirilən tədbirlər; 

2. Bu xəstəliyə qarşı Türkiyədə bütün elm adamlarının aktiv şəkildə iştirak etməsi ilə keçirilən tədbirlər. 

Hazırda pandemiyaya qarşı mübarizədə Səhiyyə Nazirliyi tərəfindən keçirilən tədbirlər müxtəlif istiqamətlərdə aparılır. Və hər keçən gün əldə edilən nəticələr araşdırılır, tədqiq edilir və ona uyğun olaraq metodlar daha da təkminləşdirilir. 

Bu ilk növbədə xəstələrin aktiv şəkildə aşkar edilməsidir. Əgər hər hansı bir xəstədə test müsbət çıxıbsa, o zaman o xəstənin son  14 gündə harada, kimin yanında olması araşdırılır. Onlara telefon açılır, araşdırılır və onlar 14 gün müddətində karantin altına alınırlar. Və o şəxslərə koronavirusa qarşı testlər də edilir. Bu çox önəmlidir. Bu xəstələnən şəxslərin, gizli olan xəstələrin sayını aşkar etməyə imkan verir.

 Bəzən elə olur ki xəstələnən adamda xəstəlik əlamətləri olmadığı üçün geniş şəkildə xəstəliyin yayılmasında mühüm rol oynayır. Bu çox əhəmiyyətli bir məsələdir və qarşısı mütləq alınmalıdır.

2-ci məsələ xəstəlik diaqnozu qoyulan və yaxud diaqnozu neqativ olan şəxslərin həmən müalicəyə cəlb edilməsidir. Bunun nəticəsində xəstələnənlərin reanimasiya şöbəsinə gedən xəstələrin sayında xeyli azalma olur. Və tədqiqatlar göstərir ki, nə qədər bu xəstələr həmən müalicəyə cəlb edilirsə, həm reanimasiya şöbəsinə gedən xəstələrin sayı azalır, həm də ölüm sayı azalır. 

Əlbəttə, reanimasiya şöbəsinə gedən xəstələrin sayı az olduğu üçün və eyni zamanda durumları çox ağır olmadığı üçün onları Entübə, yəni süni tənəffüs cihazlarına bağlanmır. Bu da ölüm sayının azaldılmasında yol açır. 

Hazırda ölüm sayında azalma olsa da, eyni zamanda xəstələrin sağalmasında daha çox təsbit edilsə də hələ xəstəliyin qarşısını almaq mümkün deyil. 

- Bəs koronavirusa nə zaman qalib gələ biləcəyik? 

- Əgər daha çox test edilsə,bunlar nə qədər aktiv şəkildə aparılsa, o zaman gizli xəstəlik aşkarlanar və qarşısını almaq olar. Aktiv xəstəlik daşıyanları daha tez şəkildə aşkar etsək uğur əldə edə bilərik. Bu son dərəcə önəmlidir. 

 - Türkiyədə özəl qurumlar da bu pandemiyaya qarşı aktiv mübarizə aparır...

- Bəli, Səhiyyə Nazirliyi tərəfindən və eyni zamanda Türkiyədə təşkilatlar var ki, onlar tərəfindən elmi layihələrə çox böyük dəstək verilir. Kiminsə koronavirusla bağlı hər hansı bir elmi layihəsi,  düşüncəsi varsa onlara maliyyə dəstək verilir ki, bu xəstəliyə qarşı araşdırma aparsınlar. Tədqiqatlar müxtəlif istiqamətlərdə gedir. Bir tərəfdən koronavirusa qarşı yeni vaksinlərin işlənib hazırlanması ilə bağlıdır. Bundan başqa xəstəkiyə qarşı dərman preparatlarının araşdırılması, eyni zamanda Entübə üçün süni tənəffüs sistemi üçün lazımi olan cihazlardır və hətta başqa şeylərin istehsalı üçün lazım olan tədqiqatların aparılmasıdır

Beləcə, koromavirusa qarşı mübarizə bir tərəfdən praktiki digər tərəfdən isə elmi tərəfdən aparılır.

Elmi tərəfdən aparılması ölkə üçün son dərəcə əhəmiyyətlidir. Çünkü bu gün hər şeyi xaricdən almaq ölkə üçün iqtisadi baxımdan çox böyük itkilərə səbəb ola bilər. Ona görə də düşünürəm ki, verilən maliyyə dəstəkləri ölkəni heç kimsən asılı qoymayan bir addımdır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR