Slimfit
  1. TÜRKİYƏ

Türkiyədə "iqtisadi çevrilişə" cəhd edilib- "Oyununuzu gördük və meydan oxuyuruq"

Türkiyədə "iqtisadi çevrilişə" cəhd edilib- "Oyununuzu gördük və meydan oxuyuruq"
Sakura

Türkiyədə "iqtisadi çevrilişə" cəhd edilib- "Oyununuzu gördük və meydan oxuyuruq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ədalət və İnkişaf Partiyasının (AK Parti) Konqresində çıxış edib. "Marja" Ərdoğanın çıxışından bəzi hissələri təqdim edir:

"Kimlərsə bizi guya iqtisadiyyat, sanksiya, valyuta məzənnələri, inflyasiya, faizlə təhdid edir. Onlara deyirik ki oyununuzu gördük və meydan oxuyuruq.

Bilirik ki, iman varsa, imkan da var. Millətimiz bu günə qədər nə qədər xəyanətləri, nə qədər tələləri həmişə imanı ilə boğub. Dünyanı var-yoxdan çıxararaq özlərinə rifah yaradanlara boyun əymədik, əyməyəcəyik.

Həm cəsarəti, həm ağlı olan bu millətin qarşısında duracaq heç bir fani güc tanımırıq. Heç kim bu millətlə, bu ölkəylə oynamağa qalxmasın. "Ya olacağıq, ya öləcəyik" deyərək hədəflərimizə doğru yeriyən bir millətik.

İQTİSADİ ÇEVRİLİŞƏ CƏHD ETDİLƏR

Bir daha deyirik; Bacarmayacaqsınız, millətimizi bölə bilməyəcəksiniz, azanlarımızı sdura bilməyəcəksiniz, bayrağımızı endirə bilməyəcəksiniz, dövlətimizi yıxa bilməyəcəksiniz, Türkiyənin yüksəlişini dayandıra bilməyəcəksiniz, hədəflərimizə nail olmamıza əngəl ola bilməyəcəksiniz. Çünki biz Türkiyə, çünki biz Türk millətləriyik, çünki biz Müsəlmanıq, çünki biz bəşəriyyətin ortaq səsi və vicdanıyıq.

Kənardan qurduqları tələlər kifayət etmədi, içəridəki xəyanət mərkəzlərini hərəkətə keçirdilər. Dövlət çevrilişi etməyə çalışdılar. Məzənnəni, valyutaları, faizi istifadə edərək iqtisadi çevriliş etməyə cəhd etdilər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR