Dərc edildi: Baxış sayı: 593
Türkiyədə ingilis casusun ölümü, «Quql»un üzə çıxardığı foto, suriyalı Məhəmməd...
İngilis hərbi kəşfiyyatçısı Ceyms Qustaм Edvard Le Mesurenin cəsədinin tapıldığı küçədə bir il cib yaylığı satıb qəfildən qeybə çəkilən qəribə adamın şəkli Quql tərəfindən üzə çıxarılandan sonra qətal hadisəsinin istintaqı yeni istiqamətə yönəlib.
Qaynarinfo xəbər verir ki, bu foto əldə ediləndən sonra polis özünü "suriyalı Məhəmməd” kimi təqdim etmiş həmin şəxsin axtarışına başlayıb.
Həmin ərazidə eyni ticarətlə məşğul olan Türkiyə vətəndaşı yaylıqçı Orxan Fikilli onu hər gün gördüyünü, salamlaşdığını, bir kəlmə "salam” cavabı aldığını və onun küçələrdə gəzmədiyini deyib.
Suriyalı Məhəmməd keçmiş ingilis kəşfiyyat zabiti Ceyms Qustav Edvard Le Mesurenin cəsədinin tapıldığı küçəyə bir il boyunca hər gün eyni saatda gəlib, eyni yerdə oturub, alver edib. Ölüm hadisəsindən bir həftə əvvəl isə qəribə şəkildə yoxa çıxıb. Polis qrupları suriyalı cib yaylığı satan "Məhəmməd" haqqında istintaq başladıb.
Eyni ərazidə Suriyalı Məhəməd kimi cib yaylığı satan əsnafın dediyinə görə, qəribə yaylıqçı hər gün səhər saat 08.00-da Əli Paşa Mədrəsə Küçəsinə gəlib, Le Mesurenin həm ev, həm də ofis kimi istifadə etdiyi binanın yerləşdiyi küçənin başında qarşısına bir masa qoyub gün boyu gözləyirmiş:
"Demək olar ki, bir il boyu hər gün yay-qış demədən küçəyə gələn yaylıqçı "Məhəmməd” səhərlər pirojna yeyib qəhvə içirdi. Köhnə paltar geyinir, uzun saqqal saxlayırdı. Ərəbcə səlis danışırdı. Yəqin türkcə az bilirdi ki, ətrafdakılarla demək olar, kəlmə kəsmirdi. Adının Məhəmməd olduğunu söyləyən yaylıqçı hər gün saat 4 radələrində küçədən çıxırdı. Le Mesurenin ölümündən bir həftə əvvəl yaylıqçı yoxa çıxdı. Mən 33 ildir burada yaylıq satıram, yaşlı olsam da, küçələrdə gəzirəm. O isə məndən cavan olsa da heç vaxt gəzmir, bir yerdə dayanıb yaylıqlarını satırdı”.
Xatırladaq ki, 2016-cı ildə Kraliça II Yelizaveta Suriyada "Ağ dəbilqəlilər" adıyla tanınan humanitar təşkilatın qurucusu Le Mesureyə İngiltərə İmperiyası Ordeni verib.
Rusiya Xarici İşlər Nazirliyi Le Mesureni İngiltərənin xarici kəşfiyyat xidməti MI6-nın əməkdaşı olmaqda günahlandıraraq, MI6-nın Balkanlar və Yaxın Şərq əməliyyatlarında iştirak etdiyini iddia etmişdi.
Sinqapurda bir hərbi ailənin övladı olaraq anadan olan Le Mesure məşhur İngilis hərbi akademiyası Sandhurstun məzunu olub.
Mesurenin cəsədi noyabrın 11-də Türkiyədə yaşadığı bunanın qarşısında tapılıb. Onunla birgə yaşamış həyat yoldaşı hazırda İstanbulda rəfiqələrindən birinin evində qalır.
İngiltərə Parlamentinin Xarici İşlər Komissiyasının rəhbəri Tom Tuqendhat "Faynənşl Tayms”a verdiyi açıqlamada Le Mesurenin ölümündə Rusiyanın əli olduğunu iddia edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət