Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Türkiyədə indi də sibir yarası həyəcanı!

Türkiyədə indi də sibir yarası həyəcanı!
Sakura

Karantin elan olunub

Trabzonun Sürmene rayonunda iribuynuzlu heyvan kəsib ətini qonşularına payladıqdan sonra   bölgədəki sibir yarası şübhəsi ilə bir çox insanın Təcili Xidmətə müraciət etməsi nəticəsində  istintaq başlanıb.

 Rayonun Yemişli bölgəsində F.K. adlı şəxs, iribuynuzlu heyvan  kəsərək ətini məhəllə sakinlərinə paylayıb.  Paylanmış əti yeyən 5 nəfər axşam saatlarında ürək bulanması və qusma şikayətləri ilə Rayon Dövlət Xəstəxanası Təcili Yardım Şöbəsinə müraciət edib. Həmin insanlar müalicə edilərək xəstəxanadan evə buraxılsalar da,  Rayon Sağlamlıq və Rayon Qida,  Kənd Təsərrüfatı və Heyvandarlıq Müdirliyi qrupları tərəfindən bir araşdırma başlanıb.  Aparılan müayinələrdə;  kəsilmiş heyvandan nümunələr götürülərək analiz edilib. Analizlər nəticəsində heyvanda sibir yarası mikrobu olduğu aşkar olundu.

 Məhəllədə karantin elan edildi

Rayon Qida Kənd Təsərrüfatı və Heyvandarlıq Müdirliyi və Rayon  Sağlamlıq Mərkəzinin  mütəxəssisləri karantin çərçivəsində bölgədə bir sıra tədbirlər, o cümlədən dezinfeksiya proseslərindən sonra istehlak edilməmiş ət və yemləri məhv ediblər.  Karantin elan edilmiş məhəllədəki xırda və iribuynuzlu heyvanlara qoruyucu peyvənd vurulub.

Mənbə: .istiklal.com.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR