Dərc edildi: Baxış sayı: 742
Türkiyədə hicabı aşağılayan qadın jurnalistə həbs cəzası verildi
İstanbulda müsəlman qadınları təhqir etmiş jurnalist həbs cəzasına məhkum edilib.
Moderator.az-ın Türkiyənin “Sözçü” nəşrinə isitinadla verdiyi xəbərə görə, İşil Özgentürk adlı qadın jurnalist bu ilin yanvar ayında "Cümhuriyyət" qəzetində hicablı xanımları təhqir edən rəzil və qalmaqallı bir məqalə nəşr etdirib. Yazıda Özgentürk hicabın mənşəcə “qədim fahişələrin geyimlərinə bağlı olması haqda” sərsəm və murdar düşüncəsini ortalığa qoyub. Bu cür müqayisəyə görə jurnalistə qarşı “xalqı kin və nifrətə təhrik etmək və ya aşağılama” maddəsi ilə ittiham irəli sürülüb. Nəticədə İstanbul məhkəməsi üzdəniraq türk qadını 1 il 6 ay həbs cəzasına məhkum edib.
Türkiyədəki qadınların böyük bir hissəsi müsəlman və hicablı olsa da, İslam və Türk dünyasına düşmən super güclərin təhriki ilə dini-imanı bəlli olmayan, demokrat" adlanan ABŞ və Avropa tərəfdarları vasitəsilə dindar xanımlara qarşı belə iyrənc hücumlar təşkil edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət