Dərc edildi: Baxış sayı: 588
Türkiyənin Ədalət və İnkişaf Partiyası heyvan haqları ilə bağlı qanunlara dəyişiklik təklif edib
Türkiyənin Ədalət və İnkişaf Partiyası heyvan haqları ilə bağlı qanunlara dəyişiklik təklif edib.
Publika.az xəbər verir ki, layihədə heyvanlara işgəncə verənlərə 1 ildən 5 ilə qədər həbs cəzası verilməsi nəzərdə tutulur.
Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı əsasında edilən dəyişiklikdə bu maddələr yer alıb:
— Bütün heyvanlar çipli, yəni “şəxsiyyət vəsiqəli” olacaq. Həmin çipdə heyvanın adı, yaşı, əgər varsa, sağlamlığına dair məlumatlar yer alacaq,
— Heyvanlara işgəncə edənlərə 1 ildən 5 ilə qədər həbs cəzası veriləcək,
— Ev heyvanını küçəyə atanlar cərimə ödəyəcək,
— Heyvan sığınacaqları üçün standart tədbirlər görüləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət