Slimfit
  1. DÜNYA

Türkiyədə həbs edilən NTV əməkdaşları azadlığa buraxıldı

Türkiyədə həbs edilən NTV əməkdaşları azadlığa buraxıldı
Sakura

Türkiyədə həbs edilən NTV əməkdaşları azadlığa buraxıldı

İstanbul məhkəməsi Rusiyanın NTV televiziya kanalının jurnalistlərini həbsdən azadlığa buraxıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə TASS xəbər yayır.

“Baş Prokurorluğa sübutlar verildikdən sonra iki rusiyalı jurnalist sərbəst buraxıldı. Onlarla birlikdə bir Türkiyə vətəndaşı da nəzarətdən azad olundu”, - deyə qeyd edilib.

Televiziya şirkətinin (NTV) mətbuat xidməti jurnalistlərin yaxın vaxtlarda Rusiyaya deportasiya ediləcəyinə aydınlıq gətirib:

“İlkin məlumata görə, yaxın vaxtlarda həmkarlarımız deportasiya olunmalıdır. Təfərrüatı dəqiqləşdiririk: rəsmi məlumatımız hələ yoxdur”.

Xatırladaq ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə öz redaksiyalarına xəbər veriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR